“Microsoft Edge” növbəti dəfə ən enerji səmərəli brauzer adına layiq görülüb

“Microsoft Edge” növbəti dəfə ən enerji səmərəli brauzer adına layiq görülüb
14:35 13 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Ötən il "Microsoft", "Google", "Opera" və "Mozilla" şirkətləri arasında hansı brauzerin daha az enerji sərf etməsi ilə bağlı mübahisə olmuşdu. Hər bir şirkət öz proqram təminatının üstün olmasını iddia edirdi, amma "PCWorld" resursunun müstəqil ekspertləri tərəfindən keçirilmiş test nəticəsində məlum olub ki, "Microsoft Edge" brauzeri "Windows" əməliyyat sistemi üçün ən enerji səmərəli brauzerdir. "Microsoft" şirkəti "Windows 10 Creators Update" yenilənməsinin çıxarılmasından sonra brauzerlərin enerji səmərəliliyi üzrə daha bir test keçirməyə qərar verib.

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, test üçün "Intel HD Graphics 520" daxili qrafik kartına və 8 QB əməli yaddaşa malik, 2,4 QHs takt tezliyində işləyən "Intel Core i5-6300U" prosessoru ilə təchiz edilmiş "Surface Book" noutbuku istifadə edilib. Üç belə noutbukda "Microsoft", "Google" və "Mozilla" şirkətlərinə məxsus brauzerlərin son versiyaları işə salınıb. Hər üç brauzerdə "Vimeo" resursundakı eyni video açılıb və batareyanın şarjının qurtarmasına kimi davam edib. Bu halda səs, bildirişlər, "Bluetooth" və olduğun yerin təyini deaktiv edilib, parlaqlıq 75% təyin edilib.

Sınaq nəticəsində "Firefox" brauzeri işə salınmış noutbuk 7 saat 4 dəqiqə, "Chrome" ilə olan noutbuk  9 saat 17 dəqiqə, "Edge" ilə olan noutbuk isə 12 saat 31 dəqiqə işləyib.

Beləliklə, "Edge" brauzeri "Chrome" ilə müqayisədə 35% daha az enerji sərf edir.

Emil Hüseynov





Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-47121-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR