"Sevilya"nın baş məşqçisi Xorxe Sampaoli Argentina millisinə başçılıq etməyə razılıq verib.
Fanat.Az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Xəbərə görə, yaxın günlərdə Argentina Futbol Federasiyası ilə Sampaoli arasında müqavilənin şərtləri müzakirə olunacaq.
Qeyd edək ki, ispan mütəxəssisin "Sevilya" ilə müqaviləsi 1 il sonra başa çatacaq. Anlaşmanın şərtlərinə əsasən baş məşqçi mövsümün sonunda komandanı tərk edə bilər.
Fanat.Az