"Ərim xəyanət etdi" deyirdi, özünün görüşdüyü kişi ortaya çıxdı - FOTO

"Ərim xəyanət etdi" deyirdi, özünün görüşdüyü kişi ortaya çıxdı - FOTO
15:22 13 Aprel 2017
264 Maraqlı
Ölkə mətbuatı
A- A+

Yanvar ayında boşanan Bircə Akalay ilə Sarp Levendoğlu sosial şəbəkə hesablarından ad çəkmədən bir-birlərini hədəf alıblar. Qarşılıqlı mesajlara Akalayın anası və ailə həyatlarının bitmə səbəbkarı olaraq göstərilən Derya Şensoy da daxil edilib.

Qeyd edək ki, Sarp Levendoğlu ilə Bircə Akalayın evliliklərinin 2,5 ilində xəyanət səbəbiylə bitdiyi iddia edilmişdi. Yaraşıqlı aktyorun həyat yoldaşına ortaq tanışları Derya Şensoyla xəyanət etdiyi deyilmişdi.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, 3 ay əvvəl boşanan Bircə Akalayın Can Tunalıyla eşq yaşadığı ortaya çıxıb. Aktrisa mövzuyla əlaqədar danışmayacağını söyləyib. Bu vaxt Can Tunalının sosial şəbəkədəki paylaşımları Bircə Akalayla yeni ildən bəri görüşdüyünü və evində qaldığını ortaya çıxarıb. Üstəlik, cütlük, bir-birlərinə sosial şəbəkələrdə romantik şeirlər belə göndəriblər.

Adı "xəyanətkar" çıxan Sarp Levendoğlu ilk dəfə sükutu pozub və "Həqiqətin bir gün ortaya çıxmaq kimi pis bir xüsusiyyəti var" ifadələrini paylaşıb. 

"Duymayan Kalmasın" verilişinin xəbərinə görə, Sarp Levendoğlunun qalmaqallı paylaşımının altına bir təqibçisi "Bu sənin səhvini ört-basdır etməz" yazıb. Buna əsəbləşən Levendoğlu "Mənim bir şəklimimi gördünüz, yoxsa yazılanlara inanırsınız?" ifadələri ilə reaksiya verib. Sarp Levendoğlu paylaşımına xeyli sayda şərh gəldiyi üçün onları silməyə başlayıb.

Məhəmməd Vaqif
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/534744.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR