Ukraynanın "Qaqarini" olmaq istəmədi

Ukraynanın "Qaqarini" olmaq istəmədi
15:33 13 Aprel 2017
83 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın Hərbi Hava Qüvvələrlərinin general-mayoru Leonid Kadenyuk Ukraynada kosmonavtika gününün təxirə salınmasına etiraz edib.

Publika.az xəbər verir ki, müstəqil Ukraynanın birinci kosmonavtı 12 aprel tarixinin əvəz olunmasına qətiyyən razı olmadığını bildirib.

Onun sözlərinə görə, 12 aprel beynəlxalq bayramdır. O gün Yuri Qaqarin ilk dəfə kosmoso uçuş edib. Bu hadisə təkcə Sovet İttifaqında deyil, ümumdünya kontekstində xüsusi gündür. Bu bayram heç bir halda əvəz oluna bilməz.

"Yuri Qaqarini isə ümumiyyətlə heç kim əvəz edə bilməz"-deyə,o əlavə edib.

Daha əvvəl Ukraynanın baş nazirinin müavini Vyaçeslav Kirilenko kosmonavtika gününün qeyd olunmasını 12 apreldən 19 noyabra keçirilməsini təklif edib.

Xatırladaq ki, 1997-ci ilin 19 noyabr tarixində Kadenyuk Amerikanın Kolumbiya ərazisi yaxınlığında kosmosa uçuş etmişdi.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194908.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR