​Dollar yenə ucuzlaşacaq?

Dollar ucuzlaşmaqda davam edir. Bu gün keçirilən hərracda da dollar ucuzlaşıb. Belə ki, hərracda manatın orta çəkili məzənnəsi 1,7026 səviyyəsində formalaşıb.

Maraqlıdır, dollar niyə ucuzlaşır və ucuzlaşma davam edəcəkmi?

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Vüqar Bayramov bildirdi ki, dolların məzənnəsinin dəyər itirməsinə səbəb manat kütləsinin azlığıdır:

“Manat bazası artarsa, dollar yenidən bahalaşa bilər. Yox, indiki səviyyədə qalacaqsa, nəticə etibarilə məzənnə təxmini indiki formada qalacaq. Manat bazası olduqca önəmlidir. Yaxın vaxtlarda manat kütləsinin artıb-artmayacağı ilə bağlı məlumat olmadığına görə, indiki məqamda proqnoz söyləmək mümkün deyil. Çünki məzənnə manat bazası ilə bağlıysa və baza ilə bağlı hər hansı bir proqnoz yoxdursa, o zaman məzənnəni proqnozlaşdırmaq mümkün deyil”.

Xəyalə Məmmədova /Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR