Bakıda baş verən yol qəzasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vətəndaşı xəsarət alıb.
Milli.Az report-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu, Salyan yolu küçəsi 12 ünvanının qarşısında qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini 1981-ci il təvəllüdlü Kamran Əliyevin idarə etdiyi "Daewoo" markalı avtobusla piyada keçidində dayanmış 38 yaşlı Sadıq İsrafilovun idarə etdiyi "Subaru" markalı avtomobilin arxa hissəsindən vurub.
Qəza nəticəsində S.İsrafilovun sərnişini BƏƏ vətəndaşı 1994-cü il təvəllüdlü Al Sehhi Ahmad Raşid Hamdan kəllə-beyin travması alıb. O, Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində