Ərəb şahzadəsi vəzifədən getdi - FOTO

Ərəb şahzadəsi vəzifədən getdi - FOTO
16:18 13 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Dina Əbdüləziz yenicə buraxılmış “Vogue Arabia” jurnalın baş redaktoru vəzifəsindən gedib.

Publika.az xarici mətbuataına istinadən xəbər verir ki, Səudiyyə şahzadəsi jurnalı 2016-cı ilin iyulundan başlayaraq idarə edib.

Yeri gəlmişkən qeyd edək ki, “Vogue Arabia” dəb jurnalının cəmi iki nömrəsi nəşr olunub, o, əsasən onlayn versiyada fəaliyyət göstərir. Sayt öz işinə ötən ilin payızında başlayıb. Jurnalın mart nömrəsində livan əsilli model Cici Hadid, aprel sayənda isə İmaan Hamman çəkilib.

Dünyada dəb ilahəsi kimi tanınan Səudiyyə Ərəbistan şahzadəsinin istefa səbəbi sirr olaraq qalır. Yalnız o məlumdur ki, Dinaya artıq davamçısını tapıb və onun adı tezliklə mətbuata elan ediləcək.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/qadin/194913.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR