Həkimlər niyə ağ xalat geyinir?

XIX əsrin ikinci yarısına kimi həkimlərin elə də xüsusi geyimi olmayıb.

Onlar sadəcə ciddi əməliyyatlar zamanı önlük və əlcək geyiniblər. XIX əsrin sonlarından həkimlər qara rəngli önlük geyinməyə başlayıb. Bu üsulla qan tutması yaşayan xəstələr həkimlərə daha az problem çıxarırdı. Bulaşan qanın nəzərə çarpmaması və bu səbəblə, mikrobik xəstəliklərin yayılması artırdı. Bunun qarşısını almaq məqsədilə Alman cərrah Ernst von Bergman tərəfindən ağ xalata keçməyin vacibliyi göstərilib. Ağ xalat geyinməyin vacibliyi barədə ilk dəfə ingilis həkim Cozef Lister danışıb. O, bu geyim növünün antiseptik xüsusiyyətləri barədə bir sıra nəzəriyyələr irəli sürüb.

Metbuat.az xəbər veir ki, son illər bəzi yerlərdə həkim geyimlərinin rəngi və forması dəyişib. Ağ önlük ilə əməliyyata girən həkimlər əməliyyat sırasında önlükdən əks olunan işığa görə, yorğunluq problemi yaşayıb və beləcə əməliyyatlar uğursuz keçməyə başlayıb. Bu vəziyyətin qarşısını almaq üçün mavi, yaşıl rənglərə keçid edilib. Bu rəng dərhal müdaxilə zamanı həkimin gözlərinin yorulmasının qarşısını alır.

Ancaq ağ xalatlı həkimlər insanlarda daha böyük etibar yaradır. Alimlər sübut edib ki, ağ xalat diqqəti toplamağa yardım edir, beləcə həkimlər daha az səhvə yol verir.

Rənglər haqqında elmə (kolorimetriya) görə, ağ rəng insanda ürəkaçıqlıq, fədakarlıq, saflıq və fikir dolğunluğu yaradır. Beləliklə, bu rəng pasiyentlərə də müsbət təsir edir.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR