Baş Prokurorluqdan Ukraynada azərbaycanlılara qarşı olan cinayətlərə MÜNASİBƏT

Baş Prokurorluqdan Ukraynada azərbaycanlılara qarşı olan cinayətlərə MÜNASİBƏT
16:34 13 Aprel 2017
89 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Baş Prokurorluğu Ukraynada son vaxtlar azərbaycanlılara və Azərbaycan şirkətlərinə qarşı baş verən cinayətlərə münasibətini açıqlayıb.
 
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, Azərbaycan Baş Prokurorluğunun rəhbərliyi Ukrayna Baş Prokurorluğuna son dövrlər bu ölkədə azərbaycanlılara və Azərbaycan şirkətlərinə qarşı törədilmiş konkret cinayət hadisələrinin ictimaiyyət arasında geniş rezonans doğurması, araşdırmaların cinayət-prosessual qanunvericiliyin və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq obyektiv və ədalətli şəkildə aparılması və həmin qanunazidd hərəkətlərə qısa müddətdə baxılaraq hüquqi qiymət verilməsi ilə bağlı ayrı-ayrı vaxtlarda müraciət edib. Ukrayna Baş Prokurorluğu həmin müraciətlər əsasında son illər azərbaycanlılara qarşı törədilmiş qətllər, əmlaklarının qəsdən məhv edilməsi, o cümlədən Azərbaycan şirkətlərinə məxsus yüklərin oğurlanması ilə bağlı cinayət işləri başlayıb və bəzi cinayət işləri üzrə təqsirkar şəxslər müəyyənləşdirilərək məsuliyyətə cəlb olunublar. “Azərbaycan Baş Prokurorluğu ölkə vətəndaşlarına, eləcə də azərbaycanlılara qarşı törədilmiş qanunazidd hərəkətləri qəti şəkildə pisləyir və görülən tədbirlərlə bağlı Ukrayna tərəfinin səylərini hərtərəfli dəstəkləyir", - deyə E. Sultanov söyləyib.
 
Qeyd edək ki, Azərbaycanın “Epidbiomed” tibbi şirkətinə məxsus dərman və digər tibbi ləvazimatlarla yüklü 20 tonluq avtomobil Avstriyadan Bakıya gələrkən Ukraynada naməlum şəxslər tərəfindən oğurlanıb. Bundan başqa, son bir neçə ay ərzində Azərbaycan şirkətlərinə məxsus yüklərin olduğu 18 ağır tonnajlı yük maşınları Ukraynada oğurlanıb, hüquq-mühafizə orqanlarına müraciət olunmasına baxmayaraq, heç bir hüquqi tədbir görülməyib.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272090

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR