Smartfonlar üçün soyutma sistemli plyonka istehsal ediləcək

Smartfonlar üçün soyutma sistemli plyonka istehsal ediləcək
16:35 13 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Çin alimləri soyutma sisteminə malik plyonkanın buraxılışına başlamağa hazırlaşırlar. Qrafen və mis tərkibli materiallardan ibarət plyonka cihazların soyudulması məqsədilə yeni nəsil mobil qurğularda tətbiq ediləcək.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, alimlər plyonkanın möhkəmliyinə xüsusi diqqət yetiriblər. Smartfonun səthi üçün mexaniki zədə və müxtəlif cızılma təhlükəsi yoxdur. Bundan başqa, plyonka smartfonları soyutmaqla onların məhsuldarlığını artıracaq.   

Çin mütəxəssisləri plyonkanın hazırlanması prosesini nümayiş etdirərək möhkəmliyi digər istehsalçıların analoji versiyaları ilə müqayisədə 30 faiz artırmağa nail olublar. Keçirilən sınaqlar nəticəsində soyutma effektini hiss etmək mümkün olub.  

Məlumata görə, eksperimental tədqiqatda səkkiznüvəli prosessorla təchiz edilən “Lenovo K3 Note” smartfonu iştirak edib. Mütəxəssislər qeyd ediblər ki, qoruyucu örtük cızıqlar nəticəsində özünübərpa xüsusiyyətinə malikdir.

Soyutma sistemli plyonkanın bu ilin yayında satışa çıxarılması gözlənilir.

Nizam Nuriyev 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-47130-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR