Mənsimov gedir, yerinə bu şirkət gəlir

Mənsimov gedir, yerinə bu şirkət gəlir
16:37 13 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Türkiyədəki iqtisadi geriləmə səbəbindən ölkənin otel sektoru da zərər görüb. Bir çox investorlarla yanaşı, azərbaycanlı iş adamı Mübariz Mənsimov da oradakı otellərindən birini bağlamaq məcburiyyətində qalıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin məşhur turizm saytları yayıb. Xəbərdə bildirilir ki, alman və ABŞ markalarından sonra Mənsimov da Leventdə açdığı "Edition Hotel"in fəaliyyətini dayandırıb. 

Onun yerində ukraynalı biznesmenlərin ABŞ-da qurduqları "Hyatt"ın Centric markası fəaliyyətə başlayacaq. Hazırda Mənsimovun binasından "Hyatt Centric" lövhələri asılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/534774.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR