İnanclı insanlar BELƏ SOYULUR - FOTO

İnanclı insanlar BELƏ SOYULUR - FOTO
16:43 13 Aprel 2017
88 Digər
Ölkə mətbuatı
A- A+

Roma şəhərinin məşhur Trevi fontanına atılan dəmir pullardan əməlli-başlı sərvət toplanıb.

Publika.az xəbər verir ki, 2016-cı ildə fontana atılmış qəpiklər 1,4 milyon avro dəyərində olub. Bu da fontanı dünyanın ən gəlirli turistik guşəsi edib.

İnanca görə, əgər arxanı fontana çevirib, çiyin üzərindən qəpiyi atsan, həm arzuların yerinə yetər, həm də bir daha Romaya qayıtmış olarsan. Turistlər buna inanıb-inanmasalar da qəpik atırlar, ən azından bu da bir dəbə çevrilib.

Trevi fontanı 1762-ci ildə qurulub. 2015-ci ildə fontan məşhur moda brendi olan Fendi tərəfindən 2,2 milyon avroya restavrasiya olunub.

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqliinanc/194917.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR