Ukrayna dünyanın ən təhlükəli 10 ölkəsindən biridir

Ukrayna dünyanın ən təhlükəli 10 ölkəsi siyahısına daxil edilib.

Metbuat.az xəbər verir ki, Dünya İqtisadi Forumunun tərtib etdiyi siyahıda ilk yeri Kolumbiya götürür.

Siyahıda ikinci yerdə Yəmən, 3-cü yerdə isə Salvador gəlir. Pakistan və Nigeriya da təhlükəli ölkələr siyahısına daxil edilib.

Reytinq müəllifləri kriteriyanı ölkədə baş verə biləcək terror və hərbi münaqişəyə görə təyin edilib.

Qeyd edək ki, ABŞ-ın nüfuzlu ictimai rəy sorğusu təsisatı olan “Gellap” İnstitutu bir neçə gün əvvəl Ukraynanı dünyanın 3-cü ən yoxsul ölkəsi siyahısına daxil edib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR