"Canlı bomba" tutuldu - Türkiyəni qana bulayacaqdı

"Canlı bomba" tutuldu - Türkiyəni qana bulayacaqdı
16:52 13 Aprel 2017
144 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyəni qana bulamağa hazırlaşan "canlı bomba" yaxalanıb.

Milli.Az istipress-ə istinadən xəbər verir ki, Qaziantepdə hücuma hazırlaşan İŞİD üzvi yaxalanıb. Terrorçu terror törətmək üçün Suriyadan Türkiyəyə keçməyə çalışarkən yaxalanıb. 

Terrorçu barədə polisə kəşfiyyat məlumatı daxil olub. Bundan sonra sərhəddə təhlükəsizlik gücləndirilib. Onların aprelin 3-də ölkəyə daxil olacağı bəlli olub.

Polis aralarında uşaqların da olduğu 18 nəfərlik qrupu saxlayıb. Qrupun arasında olan 29 yaşlı Çeçenistandan olan gənc tutulub. İŞİD-li terrorçunun üzərindən 2 əl bombası, terrorçu kəməri formasında 750 qramlıq C4 patlayıcısı ələ keçirilib.

D.G terror təşkilatının təlimatı ilə Raqqadan gəldiyini, Qaziantepə gedərək bombalı hücum hazırlığında olacağını deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534796.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR