Dünya müharibə gözləyirdi, Kim Çen In bunu etdi – FOTOLAR

Dünya müharibə gözləyirdi, Kim Çen In bunu etdi – FOTOLAR
16:53 13 Aprel 2017
136 Dünya
Ölkə mətbuatı
A- A+

Bütün dünya əhalisi Koreya Xalq Demokratik Respublikasından ABŞ-a qarşı müharibə gözləsə də, ancaq Şimali Koreya lideri Kim Çen In növbəti dəfə özünəməxsus addım atmaqla gündəmə gəlib.

Publika.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In bu gün paytaxt Pxenyanın Ryomyong prospektində yeni inşa edilmiş yaşayış kompleksinin açılışını edib.

Açılış mərasiminə minlərlə hərbiçi və mülkü əhali də qatılıb. Açılış mərasim öncəsi isə yürüş təşkil edilib.

Xatırladaq ki, son illər Şimali Koreya ordusu nüvə raketləri sınaqları həyata keçirməsi ilə bağlı ABŞ və Çini təhdid edir. Nəticədə də ABŞ və Çin hökumət rəhbərliyi Şimali Koreyaya qarşı sanksiyaların tətbiq edilməsinə qərar verib. Hətta, ötən gün ABŞ prezidenti Donald Tramp Çin prezidenti Xi Jinpingə telefona zəng edərək, Şimali Koreyanın hərbi təhdidlərinə qarşı birgə görüş keçirilməsini təklif edib.

Onu da bildirək ki, Çində yayımlanan “Global Times” portalı Şimali Koreyanın nüvə sınaqları həyata keçirdiyi 2006-cı ildən bəri ilk dəfə bu qədər müharibəyə yaxınlaşdığını yazıb.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194922.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR