Kliçkodan Prezident İlham Əliyevə hədiyyə - FOTO

Kliçkodan Prezident İlham Əliyevə hədiyyə -   FOTO
17:17 13 Aprel 2017
112 İdman
Ölkə mətbuatı
A- A+

Prezidenti İlham Əliyev bu gün Ukraynanın Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Vitali Kliçkonu qəbul edib.


Fanat.Az xəbər verir ki, Kiyev Şəhər Dövlət Administrasiyasının başçısı Vitali Kliçko ilə bu yaxınlarda Münxendəki görüşünü xatırlayan dövlət başçısı onun Azərbaycana səfərinin maraqlı keçəcəyinə, ölkələrimiz, o cümlədən Bakı ilə Kiyev arasında əlaqələrin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.


Əməkdaşlıq və qarşılıqlı təcrübə üçün yaxşı perspektivlərin olduğunu vurğulayan İlham Əliyev Vitali Kliçkonun bu səfərinin həmkarları ilə görüşmək, paytaxtımızda gedən inkişaf prosesləri və Bakıda inşa olunan idman obyektləri ilə yaxından tanış olmaq üçün imkan yaratdığını deyib.


Azərbaycana səfərindən böyük məmnunluq hissi keçirdiyini bildirən Vitali Kliçko Bakıda uzun müddət olmadığını və paytaxtımızın gözəlliyinin onda dərin təəssürat yaratdığını vurğulayıb. O, bu səfəri ilə bağlı ölkələrimiz, eləcə də Bakı ilə Kiyev arasında əməkdaşlığın genişləndirilməsi baxımından böyük hazırlıq işlərinin görüldüyünü deyib.


Sonra Vitali Kliçko dünya şöhrətli boksçu Məhəmməd Əliyə həsr olunmuş, üzərində Məhəmməd Əlinin şəxsi avtoqrafı olan məhdud nəşrli kitab-albomun bir nüsxəsini hədiyyə olaraq İlham Əliyevə təqdim edib. 


Qeyd edək ki, dövlətimizin başçısına təqdim olunan bu kitab-albom məhdud nəşrin 16-cı nüsxəsidir.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-klickodan-prezident-lham-liyev-hdiyy-t57569.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR