Sərhədi pozan iki İran vətəndaşı tutuldu

Sərhədi pozan iki İran vətəndaşı tutuldu
17:22 13 Aprel 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən Azərbaycan sərhədini pozan iki İran vətəndaşı saxlanılıb.

DSX-dan Milli.Az-a verilən məlumata görə, aprelin 12-də həyata keçirilmiş tədbirlər nəticəsində Astara rayo­nu Alaşa kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahə­sində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran vətəndaşı 1969-cu il təvəllüdlü Qulaməli Sadiqi Gilande Vəliyallah oğlu saxlanılıb.

Aprelin 13-də DSX və Daxili İşlər Nazirliyi əmək­daşlarının birgə keçirdiyi tədbirlər nəticəsində Füzuli rayonu Kərimbəyli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahə­sində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran vətəndaşı 1974-cü il təvəllüdlü İsmayıl Bərzigir Abbas oğlu saxlanılıb.

Hər iki fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/534775.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR