Azərbaycan qaz ixracını artırıb

Azərbaycan qaz ixracını artırıb
17:27 13 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 266 min 349,06 dollar dəyərində 1 mln. 619 min 616,57 kubmetr təbii qaz ixrac edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı xarici ticarətin gömrük statistikasında deyilir.
 
Rəqəmlərin təhlili göstərir ki, ötən rüb ərzində nəql olunan qazın həcmi 2016-cı ilin yanvar-mart ayları ilə müqayisədə 1 mln. 151 min 430,16 kubmetr və ya 3,46 dəfə çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 202 min 862,68 dollar və ya 4,2 dəfə artım müşahidə olunur.

Qeyd edək ki, 2016-cı ilin yanvar-mart aylarında Azərbaycan 63 min 486,38 dollar dəyərində 468 min 186,41 kubmetr təbii qaz ixrac edib.
 
Təbii qazın Azərbaycanın ümumi ixracında payı 10,22%-ə yüksəlib. Ötən il bu göstərici 5,36% idi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/534827.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR