Gəlinlərini fahişəlik etdiyi üçün öldürdüyü deyilən qardaşlar: "Babam öldürdü"

Gəlinlərini fahişəlik etdiyi üçün öldürdüyü deyilən qardaşlar: "Babam öldürdü"
17:37 13 Aprel 2017
928 Dünya
Ölkə mətbuatı
A- A+

Adanada fahişəlik etdikləri iddiası ilə evlərindən zorla aparılıb, işgəncə edildikdən sonra boş tarlada öldürülən Zeliha Sevgilibaş və rəfiqəsi Sənəm Barıkın qətli ilə əlaqədar bir ailədən 6 şəxs prokurorluğa aparılıb.

10 apreldə törədilən qətl hadisəsinə görə saxlanılan Doğan Barık (19) Sənəm Barıkın narkotikdən istifadəyə görə həbsxanada olan əmisi Ərəb Barıkın həyat yoldaşı olduğunu söyləyib: "Gəlinimiz evi tərk edib Zeliha ilə birlikdə fahişəlik edirdi. Namusumuzu təmizləmək üçün ikisini də mən öldürdüm", - deyə ifadə verib.

Qorxduqları üçün hadisə haqda polisə xəbər vermədiyini söyləyən qonşuların verdiyi məlumatdan sonra Doğan Barıkın atası Davud (37), qardaşı O.B. (17), əmiləri Savaş (30) və Yəhya (27) və babası Hikmət Barık (65) nəzarətə alınıblar.

Təhlükəsizlik xidməti tərəfindən çarpaz olaraq dindirilən Doğan Barık gəlinləri Sənəm ilə rəfiqəsi Zeliha Sevgilibaşın ailə qərarı ilə edam edildiyini irəli sürüb. Qadınları güclə qaçırıb işgəncə verdikdən sonra hadisənin baş verdiyi boş əraziyə apardıqlarını qeyd edən Doğan Barık qətli babası Hikmət Barıkın törətdiyini deyib. Babaları Hikmət Barık oğlanları və nəvələrinin günahının olmadığını deyib.

İki nəfəri öldürməkdə günahlandırılan 1-i uşaq olmaqla 6 şübhəli ifadə verdikdən sonra prokurorluğa aparılıb. Şübhəlilərdən Doğan Barık atasına "Məni yandırmayın" deyərək reaksiya göstərib.

Məhəmməd Vaqif

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534843.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR