"Facebook"-dakı "like" xəstəlik yaradır

Amerika alimləri sosial şəbəkələrlə insanların əhvalı arasında bağlılıq aşkar edib.

Metbuat.az xəbər verir ki, tədqiqatın nəticələrinə əsasən, “Facebook”-dan müntəzəm şəkildə istifadə edənlər fiziki və psixoloji gərginlik altında olur.

Alimlər 3 il ərzində “Facebook” istifadə edən 5208 nəfərin şəbəkədə aktivlik dərəcəsi və onlarda yaratdığı təəssüratları araşdırıb. Məlum olub ki, status paylaşaraq az "like" yığanlar psixoloji problemlərlə üzləşir. Təsir isə özünü əsasən bir ildən sonra göstərir. Belə şəxslərdə artıq çəki problemi yaranmağa başlayır.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR