Uçan avtomobil istehsal olundu

Slovakiya şirkəti uçan aeromobilin istehsalına başlayacağını açıqlayıb.

Metbuat.az bildirir ki, aeromobilin ilk prototipi "Top Marques" Monakoda təqdim olunacaq. Uçan avtomobilin sifarişi artıq bu ildən qəbul edilir.

Aeromobil özündə həm təyyarə, həm də avtomobil funkiyasını daşıyır. Xarici dizaynı daxili qədər maraqlı və qeyri-adidir. Şaquli uçuş sistemi olmadığına görə istədiyiniz yerdən uçuş edə bilmərsiniz. Aeromobili idarə etmək üçün pilot lisenziyası tələb olunur.

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR