Çayı mikrodalğalı sobada dəmləyin

Mikrodalğalı sobada dəmlənmiş çay əsl super faydalı içkiyə çevrilə bilər.

Metbuat.az bildirir ki, Uels alimi Kvan Vonq çayı mikrodalğalı sobaya yerləşdirərək dəmləməyin lazım olduğunu vurğulayıb. Bu üsulla dəmlənən çay orqanizmə daha çox faydalı olur. Tədqiqatlar göstərib ki, kofein, yaşıl və ya qara çayda olan polifenollerin üzərinə isti su əlavə edərək aktivləşdirə bilərik.

Bu üsulla dəmlənən çay yarpağı daha çox antioksidantlar verməyə başlayır və optimal dad əldə edilir. Alimin iddiasına görə, mikrodalğalı sobada dəmlənmiş 1 fincan çayın orqanizmə verdiyi fayda adi üsulla dəmlənmiş 4 fincan çaya bərabərdir.

Xəyalə Xatun / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR