"Turan Tovuz" Premyer Liqada!

"Turan Tovuz" Premyer Liqada!
18:37 13 Aprel 2017
164 İdman
Ölkə mətbuatı
A- A+

I divizionda XXIV tura start verilib. Fanat.Az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub. Daha bir görüşdə isə texniki nəticə rəsmiləşib.

 

Keçirilən oyunlardan sonra Premyer Liqaya 3 vəsiqədən birinin sahibi bilinib. MOİK-i 1:0 hesabı ilə yenən “Turan Tovuz” nəinki ilk “üçlük”də, hətta ilk 2 yerdən birini təmin edib. Bununla da Tovuz klubu elitaya vəsiqəni təmin edib.

 

Amma idman prinsipləri ilə Premyer Liqaya yüksələn qərblilər orada çıxış etmək üçün lisenziya almalıdı. Buna isə gələn ayın əvvəlində aydınlıq gələcək.

 

Qeyd edək ki, reqlamentə əsasən ilk 3 yerin sahibi Premyer Liqaya yüksəlir, orada sonuncu olan isə diviziona düşür.

 

I divizion

2016/17 mövsümü

II dövrə, XXIV tur


13 aprel

Rəvan - Ağsu -/+ (0:3)

 

Turan Tovuz - MOİK 1:0

Qol: Rəhman Musayev, 90+2.

 

Mil-Muğan - Qaradağ Lökbatan 2:4

Qollar: Raul Yaqubzadə, 69. Mübarək Şahquliyev, 81 (avtoqol) - Mübarək Şahquliyev, 21. Sabir Allahquliyev, 32, Elgiz Kərimli, 43. Rüfət Məmmədov, 64.


1. Turan Tovuz 24 17 6 1 59-9 57

2. Səbail 23 16 2 5 71-23 50

3. Qaradağ Lökbatan 24 16 1 7 60-29 49

4. Ağsu 24 15 4 5 59-21 49

5. Zaqatala 23 14 3 6 65-26 45

6. Şəmkir 23 14 2 7 36-18 44

7. Mil-Muğan 24 11 5 8 38-29 38

8. MOİK 24 9 6 9 41-27 33

9. Şərurspor 23 7 4 12 36-45 25

10. Şahdağ 23 6 5 12 29-44 23

11. Energetik 23 5 4 14 22-72 19

12. Göyəzən 23 2 4 17 16-82 10

13. Rəvan 24 6 1 17 24-64 10

14. Bakılı 23 2 1 20 24-91 7

 

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotturan-tovuzquot-premyer-liqada-t57571.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR