“Qarabağ”da hər qələbəyə 5000 manat mükafat verirdilər"

“Qarabağ”da hər qələbəyə 5000 manat mükafat verirdilər"
19:57 13 Aprel 2017
88 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ”ın sabiq futbolçusu Samuel Armenteros “Fotballskanalen”ə müsahibə verib. Fanat.Az xəbər verir ki, futbolçu maraqlı açıqlamalarla çıxış edib: 


"Qarabağ"la imzaladığım müqaviləyə əsasən, mövsüm ərzində oyunların 75 faizində meydana çıxsaydım, anlaşma müddətini uzada bilərdim. Üstəlik, ikiqat artıq əmək haqqı ödənilməsi şərti ilə. Amma mən oyunların 72 faizində çıxış etdim. Martın əvvəlləri idi. Çempionatda böyük xal fərqi ilə lider idik. Avrokuboklarda isə mübarizəni dayandırmışdıq. Buna görə də şans qazanmırdım. Heç vaxt ödənişlə bağlı problemimiz yox idi. Çox açıq və dürüst klub idi. Hətta o dərəcədə dürüst idilər ki, bir gün mənə dedilər: "Samuel, gələn mövsüm üçün müqaviləni uzada bilmərik. Bu səbəbdən, indi oynaya bilmirsiniz". Ümid edirdim ki, müqaviləmin uzadılacağı gün kimi aydındır”. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qarabada-hr-qlby-5000-manat-mukafat-verirdilrquot-t57573.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR