Azərbaycanda yeni zavod AÇILIR

Azərbaycanda yeni zavod AÇILIR
20:22 13 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Sumqayıt Kimya Sənaye Parkının ərazisində tikilən sintetik mühərrik yağları istehsalı zavodu 2017-ci ilin sentyabrında istismara veriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Alco Lubricant" şirkətinin baş mühəndisi Ariz Quliyev deyib.

Onun sözlərinə görə, zavodun istehsalat gücü illik 30 min ton mühərrik yağı təşkil edəcək: "Məhsulumuz "Mobil", "Exxon", "Shell" kimi şirkərtlərin məhsulu ilə rəqabat aparacaq və həm daxili bazarda, həm də Azərbaycan brendi ilə xarici bazarlarda satılacaq".

Baş mühəndis deyib ki, zavodun tikintisi üçün 10 milyon dollara yaxın vəsait cəlb edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/534882.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR