Bank gecikmə bildirişi göndərməlidirmi?

Bank gecikmə bildirişi göndərməlidirmi?
21:12 13 Aprel 2017
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Kredit borcunun gecikməsi ilə bağlı xəbərdarlıq bildirişi göndərilməlidirmi? Bu sual kreditləri olan vətəndaşları xeyli maraqlandırır. Bəzi banklar vətəndaşın krediti vaxtında ödəməməsinə görə heç bir xəbərdarlıq göndərmir. Nəticədə kreditin üzərinə daha çox faiz yığılır. Onsuzda pulu ödəməkdə çətinlik çəkən vətəndaş daha da çətin vəziyyətlə üzləşir. Bəs görəsən belə vəziyyətdə nə etmək olar?

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki,vətəndaş bankdan götürdüyü krediti vaxtında ödəmir. Bank isə ona xəbərdarlıq göndərimir. Nəticədə borcun üzərinə faizləri yığılır və ödəniş kreditin miqdarından qat-qat çox olur. Aylar hətta illər sonra vəziyyət üzə çıxanda tərəflər anlaşa bilmir, bir birini ittiham edir.
Bu hal demək olar ki, son vaxtlar geniş yayılıb. Hüquqşunas Xəyal Bəşirovun sözlərinə görə bankların xəbərdarlıq bildirişi göndərməklə bağlı öhdəliyi olmasa da onlar vəziyyətdən sui-istifadə edirlər və bu məsələdə maraqları var.
Banklar müqavilədə göstərilən müddət bitməsinə baxmayaraq sonrakı günlərdə də faiz mexanizmini dayandırmır, borc artmağa davam edir. Qanuna görə bank bununla müştərinin hüququnu pozur.
Hüquqşunas kredit götürərkən sonradan müəyyən problemlər yaranmasın deyə vətəndaşların bəzi qaydalara diqqət etməli olduğunu deyir.
Əgər bu məsələ müqavilədə öz əksini taparsa bank mütləq qaydada vətəndaşı yaranmış borcla bağlı məlumatlandırmalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/534891.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR