ABŞ Əfqanıstana ən güclü qeyri-nüvə mərmisi atdı

ABŞ Əfqanıstana ən güclü qeyri-nüvə mərmisi atdı
21:28 13 Aprel 2017
138 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ döyüş şəraitində ilk dəfə olaraq ən güclü qeyri-nüvə mərmisindən istifadə edib.

Publika.az xəbər verir ki, bu barədə Pentaqonun məlumatında bildirilir. Məlumata görə, ən güclü bomba İŞİD-in Əfqanıstandakı mövqelərinə atılıb.

“Zərbə Nanqarxar əyalətinin Açin rayonuna endirilib. “GBU-43” bombasının hədəfi İŞİD silahlıları, onlara məxsus tunel sistemləri olub”, - deyə məlumatda bildirilir.

Pentaqon, bunun ABŞ-ın indiyədək istifadə etdiyi ən güclü qeyri-nüvə bomba olduğunu təsdiqləyib.

Çəkisinin 9,5 ton olduğu iddia edilən bomba “MS-130” təyyarəsindən atılıb. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/194950.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR