ABŞ bu dəfə Əfqanıstanı bombaladı

ABŞ bu dəfə Əfqanıstanı bombaladı
21:37 13 Aprel 2017
111 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ ilk dəfə ən böyük qeyri-nüvə bombalarını hərbi şəraitdə istifadə edib.

Milli.Az Trend-ə istinadən bildirir ki,  bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, hədəf olaraq Əfqanıstandakı İŞİD qruplaşması döyüşçüləri seçilib.

Məlumata görə, zərbələr Açin rayonuna endirilib. Bombalar İŞİD-in istifadə etdiyi tunelləri dağıdıb.

Pentaqondan verilən məlumata görə, bu, ABŞ-ın istifadə etdiyi ən böyük qeyri-nüvə hərbi sursatıdır, bu bombaların çəkisi 9,5 ton təşkil edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534893.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR