Yığmamız revanşı aldı

Yığmamız revanşı aldı
21:42 13 Aprel 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yığmamız Bakıda keçirilən təlim-məşq toplanışı çərçivəsində Makedoniya ilə qarşılaşıb.
 
Bu matç Təbriz Həsənovun yetirmələrinin balkanlılarla ikinci dueli idi. İki gün əvvəl baş tutan ilk yoldaşlıq oyununda qonaqlar 1:0 hesabı ilə qalib gəlmişdilər.
 
"Dalğa Arena"da keçirilən ikinci görüşdə də eyni hesab qeydə alınıb. Ancaq bu dəfə qalib gələn tərəf Azərbaycan millisi olub. Azərbaycanlı hakimlər briqadasının idarə etdiyi matçda komandamızın qələbə topuna Doğukan Öksüz imza atıb.
 
Yoldaşlıq oyunu
 
Azərbaycan (U-19) - Makedoniya (U-19) - 1:0

Qol: Doğukan Öksüz
Baş hakim: Ziya Nəsirov
Baş hakimin köməkçiləri: Mübariz Haşımov, Zeynal Zeynalov
Dördüncü hakim: Emin Nağıbəyov
Bakı. "Dalğa Arena" stadionu
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/534898.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR