“Lion” – “Beşiktaş” matçı üçün ermənilərdən çağırış: " Bizim üçün oynayın"

“Lion” – “Beşiktaş” matçı üçün ermənilərdən çağırış: " Bizim üçün oynayın"
21:42 13 Aprel 2017
173 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində "Lion" "Beşiktaş"ı qəbul edəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, fransız klubunun stadionunun yerləşdiyi Desin-Şarpye qəsəbəsində yaşayan ermənilər komandaya müraciət edərək, onlardan Ermənistan üçün oynamalarını istəyiblər.
 
Erməni əsilli azarkeşlər klub rəhbərliyinin səhlənkarlığı nəticəsində türklərin Liondakı oyunda daha çox bilet almasından şikayətləniblər.
 
Fransanın RMC telekanalına danışan "Lion"un erməni azarkeşlərindən biri "Türklər qəlbimizdə yerləri olmadığını bilirlər. Bütün ermənilər "Lion"un arxasındadı. Oyunçular erməni əsilli "Lion" azarkeşləri üçün oynasınlar, bu amil onları motivasiya etsin" deyib.
 
Lionun Desin-Şarpye qəsəbəsi ermənilərin kompakt yaşadığı ərazilərdəndi. Bu rayonda 100 minə yaxın erməni əsilli vətəndaş yaşayır. Qəsəbədə qondarma erməni soyqırımını əks etdirən bir neçə abidə var.
 
Qeyd edək ki, "Lion" - "Beşiktaş" oyunu bu gün saat 23:05-də başlayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/534896.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR