Zülal çatışmazlığını göstərən əlamətlər

Zülal çatışmazlığını göstərən əlamətlər
21:47 13 Aprel 2017
138 Ölkə
Ölkə mətbuatı
A- A+

Tez yorulma: Bədənin yeni əzələ kütləsini yaratmaq üçün zülala ehtiyacı var. İdman edirsinizsə və kafi miqdarda zülal ala bilmirsinizsə tez yorula və əzələ zədələnməsi yaşaya bilərsiniz. Bu səbəblə kifayət qədər zülal almadan enerjili hiss edə bilməzsiniz.

Yuxusuzluq problemi: Yuxusuzluq problemi, qanda şəkərin səviyəsinə və serotonin azalmasına bağlı olaraq inkişaf edə bilər. Zülal almamaq triptopan quruluş daşlarının inkişafına səbəb ola bilər. Milli.Az deyerler.org-a istinadən bildirir ki, bu quruluş daşları keyləşməyə və narahatlığa səbəb olan bir amin turşudur. Yatmadan əvvəl çoxlu miqdarda zülal qəbul edərək serotonini və triptofan istehsalını xəbərdar etməklə, yaxşı bir yuxunu təmin edə bilərsiniz.
Yüksək xolesterol: Yüksək xolesterol, bədəninizdəki iltihablanmalar və yüksək şəkərli qidalanma nəticəsində ortaya çıxır. Şəkərli qidalarınızı zülal ehtiva edən qidalarla dəyişdirsəniz, xolesterolun artımını və saydığımız digər xəstəlikləri əngəlləyə bilərsiniz.
Diqqət yayınıqlığı: Bədəninizin sinir funksiyalarını yerinə gətirə bilmək üçün zülala ehtiyacı var. Qeyri-kafi diqqət, motivasiya çatışmazlığı, öyrənməkdə çətinlik zülal çatışmazlığına işarə edir. Kifayət qədər zülal ala bilməsəniz, gün ərzində bu şikayətləri yaşamağınız qaçılmaz olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/534151.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR