Roma Papası məhbusların ayaqlarını yudu və öpdü – FOTO

Roma Papası məhbusların ayaqlarını yudu və öpdü – FOTO
21:52 13 Aprel 2017
109 Maraqlı
Ölkə mətbuatı
A- A+

Roma Papası Fransisk İtaliyanın Palyano həbsxanasında 12 məhkumun ayaqlarını yuyub və öpüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə  Müqəddəs Taxt-tacın mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, məhbuslardan üçü qadın, biri isə müsəlman olub.

"Alçalan, təhqir olunan və rədd edilənlərin yanında olmaq kilsənin müqəddəs borcudur. Rəhmli olmaq və yadda saxlamaq lazımdır ki, biz hamımız səhv edə bilərik", - Fransisk "La Repubblica" qəzetinə müsahibəsində deyib.

Roma Papasının səfər etdiyi həbsxanada polislə işləməyə razılaşan 50-dən çox mafiya üzvü saxlanılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/534902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR