ABŞ ən güclü qeyri-nüvə mərmisindən istifadə edib -

İŞİD terror qruplaşmasının Əfqanıstandakı mövqelərini hədəf alan ABŞ ilk dəfə döyüş şəraitində ən güclü qeyri-nüvə mərmisindən istifadə edib.

Bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunub:

"Zərbə cümə axşamı Nanqarxar əyalətinin Açin rayonuna endirilib. "GBU-43" bombasının hədəfi İŞİD-ə məxsus tunel sistemləri olub".

Amerikan qoşunlarına bu barədə əmr verən Con Nikolsonun sözlərinə görə, 9,5 ton ağırlığında olan bomba "MS-130" təyyarəsindən atılıb.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR