Hava proqnozuna baxmaq və inanmaq icazəlidirmi?

Hava proqnozuna baxmaq və inanmaq icazəlidirmi?
22:17 13 Aprel 2017
205 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəzən insanlarda belə bir yanlış fikir formalaşır ki, hava proqnozuna qulaq asmaq və onlara uyğun əməl etmək günahdır, Allahın işinə qarışmaq deməkdir və buna görə də şirkdir.

Milli.Az islam.az-a istinadən bildirir ki, birincisi, hər hansı elmi nailiyyətə əsaslanaraq fikir yürütmək mütləq olaraq günah deyil. Bu şərtlə ki, həmin elmi nailiyyəti tətbiq edənlər Allahın izni, elmi və yardımı olmadan bunu edə bildiklərini iddia etməsinlər. İkincisi, hava proqnozuna əməl edənlər heç vaxt Allaha şərik qoşmağı niyyət etmirlər. Proqnozu qəbul edən və ona uyğun davranan şəxs inanır ki, bu elm ilahi izn ilə insanlara verilib, heç zaman tam və dəqiq məlumatı əhatə etmir və hava istənilən vaxt Allahın əmri ilə proqnoza zidd ola bilər. Alimlər yalnız onlara verilmiş bilik çərçivəsində hava barəsində proqnoz verirlər, insanlar da öz həyatlarını yüngülləşdirmək, məişəti idarə etmək, təsərrüfatı inkişaf etdirmək üçün onlara müraciət edirlər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/534149.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR