Rahibin Həzrət Əbutalibə müjdəsi

Rahibin Həzrət Əbutalibə müjdəsi
22:22 13 Aprel 2017
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Həzrət Əbutalibin zamanında bir rahib yaşayırdı. Bu kişi ibadətdə çox məşhur idi və Allaha 109 il ibadət etmişdi. Ancaq heç bir zaman Allahdan hacət istəməmişdi.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, bir gün Allahdan istəyir və deyir: "Allahım! Övliyalarından biri mənə göstər". Allah Əbutalibi onun yanına göndərir və gözü Əbutalibə dəyən kimi, yerindən qalxır. Başından öpür və onu qarşısında əyləşdirir. Deyir: "Allah sənə rəhmət etsin, sən kimsən?".
Həzrət Əbutalib (ə) buyurur: "Təhamə məntəqəsindən olan biri".
Soruşur: "Əbdmənafın hansı tayfasından?".
Buyurur: "Bəni Haşim".
Rahib bir daha ayağa qalxır və Əbutalibin başından öpür. Deyir: "Allaha şükür olsun ki, istəyimi mənə əta etdi. Məni öldürməmiş, vəlisini mənə göstərdi. Sənə müjdə olsun. Allah sənin müjdəni mənə ilham etmişdir".
Əbutalib soruşur: "O müjdə nədir?".
Rahib deyir: "Sənin belindən bir övlad dünyaya gələcəkdir ki, Allahın vəlisidir. O, Allahın vəlisi, İmam və Rəbbil-aləmininin Rəsulunun vəsisidir.
Əgər o övladı görsən, məndən ona salam de və ona de: "Məsrəm sənə salam deyir və şəhadət verir ki, Allahdan başqa tanrı yoxdur. Yeganədir, şəriki yoxdur. Muhəmməd (s) - Allahın bəndəsi və göndərdiyidir. Sən - onun canişinisən. Nubuvvət Muhəmməd (ə), vəsilik isə səninlə kamil olacaqdır".
Bu zaman Əbu Talib ağlayır və soruşur: "Bu uşağın adı nədir?",
Rahib deyir: "Adı Əlidir"".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/534165.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR