Peterburqda partlayış baş verib, yaralanan var

Peterburqda partlayış baş verib, yaralanan var
22:42 13 Aprel 2017
34 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiyanın Sankt Peterburq şəhərində baş vermiş partlayış nəticəsində bir nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki,partlayış Vasilyev adasındakı Çernışevski adına kitabxananın qarşısında baş verib.   
 
Məlumata görə, partlayıcı qurğu 14-15 yaşlı yeniyetmənin əlində partlayıb.  Partlayış nəticəsində əlsiz qalan yeniyetmə təcili xəstəxanaya çatdırılıb.
 
Şahidlərin sözlərinə görə, yeniyetmənin kitabxananın yaxınlığında yerdən götürdüyü əşya onun əlində  partlayıb.    
 
Hadisə yerinə polis cəlb edilib. Araşdırmalara başlanılıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534916.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR