Diş məcunundan bu cür də istifadə edə bilərsiniz

Diş məcunundan bu cür də istifadə edə bilərsiniz
22:47 13 Aprel 2017
184 Ölkə
Ölkə mətbuatı
A- A+

Diş məcunu sadəcə ağız və diş sağlamlığınız üçün yox, gündəlik həyatda evdəki sadə təmizləmə, parıldatma işləri və bir çox fərqli sahədə də istifadə oluna bilər. Bunu heç bilirdiniz?

Milli.Az deyerler.org-a istinadən bildirir ki, diş məcununu dişlərinizi təmizləməkdən başqa, istifadə edə biləcəyiniz müxtəlif praktik üsulları öyrənəcəksiniz.
 
Saralan dırnaqlarınızı diş məcunu ilə fırçalasanız müəyyən bir müddət sonra ağardığını görəcəksiniz.
 
İdman və ya ağ ayaqqabınızda yaranan ləkələri diş məcunu ilə ağarda bilərsiniz.
 
Vanna kranlarını parıldatmaq üçün yaş süngərin üzərinə diş məcunu sıxaraq sürtün.
 
Makiyaj masanızda, güzgüdə pomada və ya tuş ləkəsi varsa, diş məcunu sürtərək, kosmetik ləkələrin asanlıqla çıxmasını təmin edə bilərsiniz.
 
Yemək bişirəndə əlinizdəki soğan və sarımsaq qoxusundan xilas olmaq üçün diş məcununu əllərinizə sürtün və yuyun.
 
Divarlardakı qələm və boya cizgilərini diş pastası və bir parça bez sayəsində asanlıqla silə bilərsiniz.
 
Sızanaqların qızartısını və şişini yox etmək üçün diş məcunu sürtərək, tez-tələsik qurumasını təmin edə bilərsiniz.
 
Ütünün altındakı ləkələri təmizləmək üçün diş məcunundan istifadə edə bilərsiniz.
 
Saçınızı boyayanda əlinizə, üzünüzə və ya qulağınıza dəyən saç boyasını diş məcunu ilə asanlıqla silə bilərsiniz.
 
Qəhvə içdiyiniz fincanlarda kofe ləkəsi qalıbsa, bir miqdar diş məcunu istifadə edərək təmizləyə bilərsiniz.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/534152.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR