Rusiya Eurovision 2017-də iştirak etməyəcək

Rusiya Eurovision 2017-də iştirak etməyəcək
22:47 13 Aprel 2017
93 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa Yayım Şurası rəsmi olaraq bıyan edib ki Rusiya "Eurovision 2017" musiqi yarışmasında iştirak etməyəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu bəyanat musiqi müsabiqəsinin rəsmi saytında yerləşdirilib.

Təşkilatın nümayəndələri vurğulayıblar ki, Rusiyanın bu müsabiqədə iştirak etməsinə şərait yaradacaq həll yollarını tapmağa cəhd ediblər. Rusiyaya müxtəlif variantlar təqdim olunub: "Rusiyalı iştirakçı Yuliya Samoylovaya videokörpü vasitəsi ilə müsabiqəyə qoşulmaq təklifi edili. Bundan başqa, təşkilat komitəsi iştirakçını başqası ilə əvəz etməyidə təklif edib. Lakin, hər 2 variant Rusiyanın Birinci kanalı vasitəsi ilə rədd edilib. Kanalın rəhbərliyi qeyd edib ki, "Eurovision 2017" mahnı müsabiqəsi yayımlanmayacaq. Bu o deməkdir ki, Rusiya müsabiqədə iştirak edə bilməyəcək. Biz bütün 43 ölkənin müsabiqədə iştirak etməsi üçün əlimizdən gələni etdik".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534917.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR