Tələbəni “kafirliyə” görə ölənə qədər döydülər

Tələbəni “kafirliyə” görə ölənə qədər döydülər
22:57 13 Aprel 2017
139 Dünya
Ölkə mətbuatı
A- A+

Pakistan universitetlərinin birində tələbəni "kafirliyə" görə ölümcül döyüblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə aprelin 13-də Reuters nəşri məlumat verir.

Hadisə Peşəvar şəhərində baş verib. Polisin məlumatına əsasən, 10 tələbə "Allahu əkbər" şüarı ilə jurnalistika fakültəsində təhsil alan Maşal Xana hücum ediblər, onu soyundurublar və ölənə qədər döyüblər.

Hadisəyə şahid olan digər tələbələr isə Xana kömək etmək əvəzinə, onun döyülməsini telefona çəkiblər.

Qatillər Maşal Xanın cəsədini yandırmaq istəyəndə polis tərəfindən saxlanılıblar.

Dindirmə zamanı onlar bildiriblər ki, Xana sosial şəbəkələrdə "kafir" fikirlər yazdığına görə əsəbiləşiblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/534918.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR