Yaz aylarının ən faydalı 6 qidası

Yaz aylarının ən faydalı 6 qidası
23:12 13 Aprel 2017
149 Ölkə
Ölkə mətbuatı
A- A+

1. Təzə paxla

Böyrək funksiyalarını qaydaya salır və immuniteti gücləndirir. Lutein məzmunuyla göz sağlamlığını qoruyur.
2. Təzə sarımsaq
Kirəclənməyə qarşı faydalıdır. Xolesterolu aşağı salmaq təsirinə malikdir. Ürəyin sağlamlığını qoruyur. Arıqlamağa kömək edir. Bədəndə olan iltihablanma və infeksiyalara qarşı yaxşı təsir göstərir. Zəhərlənmələrə qarşı faydalıdır. Saç tökülməsinin qarşısını alır.
3. Təzə soğan
Soğanda olan adenozin, laxta meydana gəlməsini qarşısını alaraq infarkt riskini azaldır. Milli.Az deyerler.org-a istinadən bildirir ki, soğan həmçinin HDL səviyyəsini artırır. Yüksək qan təzyiqinin də qarşısını almağa kömək edir.
4. Alça
Lif baxımından zəngin olduğundan, həzmin nizamlanmasını təmin edir. Antioksidantlar sayəsində hüceyrələri qoruyur.
5. Çiyələk
Gündəlik C vitamini ehtiyacının çox hissəsini ödəyir. Xəstəliklərə qarşı müqaviməti artırır. Ürək və damar sağlamlığını qorumağa kömək edir. Manqan məzmununa görə, sümük sağlamlığını qoruyur.
6. Limon
Yüksək təzyiq, diş problemləri, qızdırma, qəbizlik, həzmsizlik, boğaz infeksiyalarının qarşısının alınmasında faydalıdır. Bundan başqa saç və dəri problemlərinə qarşı da əhəmiyyətli bir qidadır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/534157.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR