Cəlilabadda yol qəzası: yaralananlar var

Cəlilabadda yol qəzası: yaralananlar var
23:12 13 Aprel 2017
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəlilabad rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə axşam saatlarında Qarazəncir- Qarakazımlı-Bayxanlı avtomobil yolunun rayonun Qarakazımlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan "VAZ-2106" markalı avtomobillə "VAZ-2107" markalı maşın toqquşub. Nəticədə 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Xəsarət alanlar rayonun Ocaqlı kənd sakinləri - 53 yaşlı Bəhmən Bəhmən oğlu Abıyev və onun həyat yoldaşı, 50 yaşlı Gülnar Məmi qızı Abıyevadır.
Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/534921.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR