Lionda ara qarışdı: "Beşiktaş"ln oyunu təxirə düşdü

Lionda ara qarışdı:  "Beşiktaş"ln oyunu təxirə düşdü
23:17 13 Aprel 2017
127 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının "Lion" - "Beşiktaş" matçının başlamasına dəqiqə qalmış ara qarışıb. Fanat.Az xəbər verir ki, əvvəlcə tribunalarda iki klubun azarkeşləri arasında dava düşüb. 


Ardınca yüzlərlə yerli azarkeş meydana çıxıb. Bu səbəbdən hər iki komandanın futbolçuları paltardəyişmə otağına yollanıb.


Fransa klubunun "Twitter" hesabından verilən açıqlamada bildirilir ki, üst qatdakı tribunalardan aşağıya partlayıcı maddələr və məşəllər atıldığı üçün aşağıdakı fanatlar meydana çıxmaq məcburiyyətində qalıb.


UEFA qarşılaşmanın təxirə salındığını açıqlayıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-lionda-ara-qard-t57577.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR