“Ya Əli! Sən Kəbə məqamındasan...”

“Ya Əli! Sən Kəbə məqamındasan...”
23:22 13 Aprel 2017
106 Ölkə
Ölkə mətbuatı
A- A+

Əmirəl-möminin (ə) sonsuz fəzilətləri nəinki Əhli-Beyt (ə) mənbələrində, o cümlədən əhli-təsənnün mənbələrində də zikr edilmişdir.

Əhli-təsənnün mənbələrində İmam Əlinin (ə) fəzilətlərinə diqqət edək.
Ömər ibni Xəttab deyir: "Bir gün Peyğəmbər (s) buyurdu: "Araşdıran, axtaran olan heç bir kəs Əli ibn Əbutalibin (ə) üstünlüyü və fəzli qədər bir şey tapmaz. O, hidayət istəyənləri haqq yoluna hidayət edəcək, həlakətdən uzaqlaşdıracaq və həlakətə düşəni geri qaytaracaqdır".
Əhməd ibni Hənbəl deyir: "Allahın Peyğəmbərinin (s) səhabələrindən heç biri barəsində bu qədər fəzilət nəql edilməmişdir ki, Əli (ə) barəsində nəql edilmişdir". (İslami saytlara istinadən)
Milli.Az deyerler.org-a istinadən bildirir ki, bir gün Peyğəmbər Həzrət Fatiməyə (s.ə) buyurur: "Məgər bilmirsən ki, Allah bütün yer əhlinə nəzər saldı və atanı nübuvvətə seçdi. Sonra başqa bir nəzər saldı və Əlini (ə) seçdi və mənə əmr etdi ki, onu səninlə evləndirim və öz vəsim qərar verim".
İbni Əsir nəql edir: "Bir gün Peyğəmbər (s) Əli ibni Əbutalibə (ə) buyurdu: "Ya Əli! Sən Kəbə məqamındasan. Hamı gərək sənə tərəf gəlsin və sən heç kəsə tərəf getməyəsən".
Ömər ibni Xəttab deyir: "Əliyə (ə) heç bir zaman pis söz deməyin. Çünki Peyğəmbərdən (s) onunla bağlı fəzilətlər eşitmişik ki, əgər o fəzilətlərdən birinə malik olsa idim, günəşin nur saçdığı hər şeydən daha dəyərli olardı. Allahın Peyğəmbərinin (s) yanında idim və əlini Əlinin (ə) çiyninə qoydu və buyurdu: "Sən ilk insansan ki, İslam dininə gəlmisən və ilk insansan ki, iman gətirmisən. Sənin mənə nisbətin - Harunun Musaya (ə) nisbəti kimidir"".
Tirmizi nəql edir: "Peyğəmbər (s) Həsən (ə) və Hüseynin (ə) əlindən tutmuş halda insanlara buyurdu: "Hər kim məni və bu ikisini və bunların ata və anasını sevər - Qiyamət günü mənimlə və mənim dərəcəmdə olacaqdır"".
Abdullah ibni Məsud nəql edir: "Peyğəmbər (s) buyurur: "Mənim nübuvvətimə iman gətirən bütün insanlara Əlinin (ə) vilayətini vəsiyyət edirəm. Hər kim onu sevər - məni sevmişdir. Hər kim məni sevər - Allahı sevmiş olar. Hər kim onu düşmən bilər - məni düşmən bilmişdir. Hər kim məni düşmən bilər - Allahı düşmən bilmiş olar"".
Bir gün Həzrət Peyğəmbər (s) İmam Əlinin (ə) əlindən tutduğu halda buyurmuşdu: "Bu, aləmlərin yaxşılarının əmiri və napakların qatilidir". Sonra yüksək səslə buyurmuşdur: "Mən elm şəhəriyəm və Əli (ə) - o şəhərin qapısıdır. Hər kim elm şəhərinə daxil olmaq istəyir, gərək o qapıdan gəlsin".
Əhməd ibni Hənbəl nəql edir: "Ömər ibni Xəttab deyir: "Əgər Əli (ə) olmasaydı, Ömər həlak olardı". (Yəni bütün məsələlərdə çətinliyə giriftar olardı).

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/534166.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR