Rusiya "Eurovision-2017"də iştirak etməyəcək -

Avropa Yayım İttifaqı (EBU) Rusiyanın "Eurovision-2017" mahnı müsabiqəsində iştirak etməyəcəyini təsdiqləyib.

Metbuat.az-ın məlumatına görə, bu barədə bəyanat müsabiqənin saytında yerləşdirilib.

Təşkilatın nümayəndələri Rusiyanın iştirakı üçün müxtəlif həll variantlarını nəzərdən keçirdiklərini bildiriblər. İlk olaraq Rusiya təmsilçisi Yuliya Samoylovanın videokörpü vasitəsilə çıxış etməsi təklif olunub. Bununla yanaşı, iştirakçının əvəzlənməsi variantı da istisna edilməyib. Lakin "Birinci kanal" hər iki təklifi geri çevirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR