Lionda ara qarışdı, azarkeşlər meydana girdilər - FOTO

Lionda ara qarışdı, azarkeşlər meydana girdilər - FOTO
23:42 13 Aprel 2017
91 İdman
Ölkə mətbuatı
A- A+

UEFA Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Beşiktaş" "Lion"la qarşılaşır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, matçdan əvvəl iki komandanın azarkeşləri arasında insident yaşanıb.
 
Belə ki, hələ oyununun başlamağına dəqiqələr qalmış azarkeşlər əvvəlcə sözlü atışmağa, ardınca isə fiziki münaqişəyə başlayıblar.
 
Bəzi tərəfdarlar hətta meydançaya da daxil olublar. "Lion" rəhbərliyinin verdiyi ilkin açıqlamada bildirilib ki, yuxarıdakı tribunalardan məşəllər atıldığı üçün aşağıdakı azarkeşlər meydana enməyə məcbur olublar.
 
Qeyd edək ki, "Lion" - "Beşiktaş" matçı saat 23:05-də başlamalı olsa da, hadisələr səbəbindən gecikir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/534925.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR