Donald Tramp:

Daha öncə, ABŞ-ın Əfqanıstanda İŞİD-in düşərgəsini vurmaq üçün ən güclü qeyri-nüvə mərmisindən istifadə etdiyi barədə xəbər vermişdik.

Metbuat.az-ın məlumatına görə, media nümayəndələrinin qarşısına çıxan ABŞ prezidenti Donald Tramp sözügedən əməliyyatı dəyərləndirib:

"Çox uğurlu əməliyyat alındı. Hər kəs nə baş verdiyini bütün təfərrüatı ilə bilir. Mən nə edirəm? Hərbçilərə əmr verirəm. Dünyanın ən böyük silahlı qüvvələrinə malikik və onlar öz işlərini yerinə yetirirlər. Biz onlara bu hüququ vermişik".

ABŞ 2001-ci ildən etibarən Əfqanıstanda yerli hökumətlə birlikdə terror qruplaşmalarına qarşı mübarizə aparır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR