“Qəbələ” “Ayntraxt”a 3 qol vurdu, “Krasnodar”a rəqib oldu

“Qəbələ” “Ayntraxt”a 3 qol vurdu, “Krasnodar”a rəqib oldu
01:27 14 Aprel 2017
101 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyədə keçirilən 12 yaşadək futbolçular arasında “İzmir Cup”da qrup mərhələsinə yekun vurulub. Fanat.Az “Qəbələ”nin rəsmi saytına istinadən xəbər verir ki, H qrupunda mübarizə aparan “qırmızı-qaralar”ın U-12 komandası bu mərhələdə 5 matç keçirib. 


Təmsilçimiz “Manisa Bələdiyyəspor”, “Kamalpaşa 1923” və Muğla yığması ilə qolsuz heç-heçə edib. “Altınordu”ya 0:1 hesabı ilə uduzan “Qəbələ” Almaniyanın “Ayntraxt” (Essen) klubu üzərində böyükhesablı qələbə qazanıb - 3:0. 


Mərhələni 6 xalla başa vuran “qırmızı-qaralar” 4-cü yeri tutub. Bu nəticələr Zaur Hacıyevin yetirmələrinin növbəti mərhələyə yüksəlməsinə imkan yaradıb.


Bu raundda 32 komanda 8 qrupda çıxış edəcək. “Qəbələ” E qrupunda mübarizə aparacaq. Təmsilçimizin rəqibləri Türkiyənin “Altay”, “İnegölspor” və Rusiyanın “Krasnodar” klubları olacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qbl-ayntraxta-3-qol-vurdu-krasnodara-rqib-oldu-t57581.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR