ABŞ və Rusiya Təhlükəsizlik memorandumunu bərpa etdi

ABŞ və Rusiya Təhlükəsizlik memorandumunu bərpa etdi
06:09 14 Aprel 2017
80 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ və Rusiya Suriyada hərbçilər arasında münaqişələrin qarşısının alınması mexanizmini  bərpa ediblər.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin nümayəndəsi Mark Toner bildirib.  

 

“Onun nə dərəcədə dəyişdiyini deyə bilmərəm, lakin, mənim bildiyimə görə, o qüvvədədir”, - deyə məmur bildirib.   

 

Jurnalistlərdən biri Rusiyanın bir müddət əvvəl qeyd olunan mexanizmi dayandırdığını Mark Tonerə xatırladıb. “O artıq bərpa olunub”, - deyə Toner cavabında bildirib.    

 

Qeyd edək ki, ABŞ-ın aprelin 7-də Suriya aviabazasına raket zərbəsi endirməsindən sonra Moskva Vaşinqtonla imzaladığı Təhlükəsizlik memorandumunu dayandırmışdı. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272124

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR