Dəməşqdən Trampa cavab : "Özünüz heyvansınızsa..."

Dəməşqdən Trampa cavab : "Özünüz heyvansınızsa..."
06:39 14 Aprel 2017
111 Digər
Ölkə mətbuatı
A- A+

Dəməşq Trampın Əsədin ünvanına səsləndirdiyi təhqirə reaksiya verib

 

Suriya XİN ABŞ prezidenti Donald Trampın suriyalı həmkarı Bəşər Əsədin ünvanına səsləndirdiyi təhqirə cavab verib. Xatırladaq ki, Tramp bir neçə gün əvvəl Əsədi “heyvan” adlandırmışdı.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, təhqirə cavabı XİN rəhbərinin köməkçisi Ayman Sussan səsləndirib: “Özünüz heyvansınızsa, düşünmək lazım deyil ki, qalanlarını da belədir. Bəşər Əsəd suveren dövlətin prezidentidir, o xalq tərəfindən seçilib. Xarakteristikanı da  ona Tramp yox, Suriya xalqı verməlidir”, - deyə  Sussan bildirib.   

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp suriyalı həmkarı Bəşər Əsədi “heyvan” adlandırıb. Tramp bunu “Fox Business” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Rusiya Suriya hakimiyyətini dəstəkləməsəydi, bu ölkədə heç bir problem olmazdı.

 

“Rusiya gedib o heyvanı dəstəkləməsəydi, heç bir problem də olmayacaqdı”, - deyə Tramp B.Əsədlə bağlı sualı cavablandırarkən bildirib. 

 

ABŞ prezidenti Suriya ordusunun bazasına raket zərbəsinin endirilməsinin zəruri olduğunu vurğulayıb.

 

“Bunu vaxtı ilə Barak Obamanın administrasiyası etməli idi”, - deyə Tramp əlavə edib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/272125

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR