Moskvada azərbaycanlı rəssamın sərgisi açıldı - FOTOLAR

Moskvada azərbaycanlı rəssamın sərgisi açıldı - FOTOLAR
07:13 14 Aprel 2017
Ölkə mətbuatı
A- A+

Aprelin 13-də Moskvanın "Fraqment" qalereyasında azərbaycanlı rəssam Fərhad Fərzəliyevin fərdi sərgisi açılıb.

"Report"un məlumatına görə, "Azərbaycan barokko"su (barokko - XVI - XVIII əsrlərdə yayılmış bədii üslubdur – "Report") adlı sərginin ideyası və ümumi dramaturgiyası Fərzəliyevin iki seriyadan - "Mən sənin yeganə pələnginəm" (2015-ci il) və "Marinanın yubileyi münasibətilə, Marina" (2017-ci il) ibarət işinin dialoqu üzərində qurulub

Rusiyanın tanınmış sənətşünası, "Bədii jurnal"ın baş redaktoru Viktor Mizianonun fikrincə, Fərhadın yaradıcılığı onu əhatə edən mədəni kontekstin qeyri-real təqdim edilməsi təsəvvürünə əsaslandırılıb. Ki, bunu da неоfоlklora aid etmək olar.

Fərhad özü isə hesab edir ki, Azərbaycanda neofolklor məktəbi artıq formalaşıb.

Qalereyanın direktoru Sergey Quşin qeyd edib ki, o, Azərbaycan rəssamının yaradıcılığı ilə tanışlığa şaddır.

"Mənə maraqlıdır ki, o, milli tamlıqla necə işləyir. Bu, mənə çox yaxındır. Mən Azərbaycanda olmamışam, lakin indi ora getməyi və bu ilham qaynağını öz gözümlə görməyi çox istəyirəm", - deyə o bildirib.

Qeyd edək ki, Moskva əhalisi Azərbaycan rəssamının orijinal performansını mayın 19-dək izləyə biləcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/art/194973.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR